- Baxış sayı: 38
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 33-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“İnter” – “Neftçi” matçının 65-ci dəqiqəsində “İnter”in baş məşqçisi Rüstəm Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klubu 2500 manat cərimə olunub.
“Bakı” – AZAL matçının 27-ci dəqiqəsində AZAL-ın futbolçusu Fariz Nəcəfov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.