- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərimiz tarixi uğura yiyələnərək, ilk dəfə komanda hesabında 1-ci yer tutub. Mötəbər yarışda özünü göstərən təmsilçilərimiz arasında hakimlərimiz də olub. Onlardan biri olimpiya dərəcəli referi İntiqam Alıyevdir.
O, allsport.az saytına açıqlamasında deyib ki, məsul sınaqda hər 3 növ üzrə görüşləri idarə edib və bir neçə çətin qarşılaşmaları ona həvalə ediblər: “Bu Avropa çempionatında həlledici görüşlərdə əsasən yan hakim oldum. Bəzi yarımfinal görüşlərində döşək hakimi idim. Dünya güləş birliyinin instruktorları idarəçiliyimdən razı qaldılar.
Final görüşlərinin həvalə edilməməyimi kompüter proqramı ilə əlaqələndirdilər. Azərbaycan güləşçiləri hər növdə həlledici qarşılaşmalarda yer aldığından, növbə mənə çatanda, birbaşa digər həmkarlarıma keçirdi. Əsas odur ki, işdən razı qalıblar. Bu sınaqdan dünya çempionatına seçim olacaq. Ümid edirəm ki, ora da dəvət alacağam”.
Əlavə edək ki, İntiqam Alıyev 2 saylı RİOEUGİM-in məşqçi-müəllimidir.