- Baxış sayı: 22
- 28 Noyabr 2024 14:46
- Baxış sayı: 55
- Noyabr 28, 2024
- 0
AFFA intizam komitəsinin növbəti iclası keçirilib.
Allsport.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:
Premyer liqanın V turunun “Keşlə” – “Qarabağ” oyununda matç bitdikdən dərhal sonra azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.
“Keşlə” klubunun baş məşqçisi Sənan Qurbanov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur.
“Səbail” – “Zirə” oyununda matçın 45-ci dəqiqəsində azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.
“Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
“Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri pirotexnik vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.
“Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
I Divizionun III turunun “Kəpəz” – “Qarabağ-2” oyununda təcili tibbi yardım nümayəndəsi oyuna gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur.
“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda matçın 53-cü dəqiqəsində “Neftçi-2” komandasının 70 nömrəli futbolçusu Asim Əlizadə “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır klub 160 manat cərimə olunur.
“Turan Tovuz” – “Sabah-2” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
“Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
“Zirə-2” – MOİK oyununda matçın 81-ci dəqiqəsində “Zirə-2” komandasının 35 nömrəli futbolçusu Eldost Qiyasbəyli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 320 manat cərimə olunur.
MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur.