İntizam komitəsinin növbəti iclası keçirilib

AFFA intizam komitəsinin növbəti iclası keçirilib.

Allsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer liqanın VII turunun “Qəbələ” – “Zirə” oyununda “Qəbələ” klubunun azarkeşləri oyunun rəsmi şəxslərini təhqir etdiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
Matç bitdikdən sonra “Qəbələ” klubunun 7 nömrəli futbolçusu Ehtiram Şahverdiyev “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 37.3);

VII turun “Sabah” – “Qarabağ” oyununda “Sabah” klubunun 9 nömrəli futbolçusu Xulio Sezar Rodrigez “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3);

“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

I divizionun IV turunun “Qəbələ-2” – “Turan Tovuz” oyununda “Qəbələ-2” komandasının 88 nömrəli futbolçusu Gülağa Əsədov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 36.1);

IV turun “Qarabağ-2” – “Neftçi-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur (maddə 64.1);

IV turun “Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda “Qaradağ Lökbatan” klubunun 14 nömrəli futbolçusu Davud Mahmudov 2-ci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

“Keşlə-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Qaradağ Lökbatan” – “Keşlə-2” oyununda xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur (maddə 64.1);

IV turun “Sumqayıt-2” – “Kəpəz” oyununda “Sumqayıt-2” komandasının 85 nömrəli futbolçusu Rüstəm Hümbətov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

“Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

I Divizionun V turunun “Keşlə-2” – “Qarabağ-2” oyununda “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

V turun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Turan Tovuz” klubunun 4 nömrəli futbolçusu Səbayıl Bağırov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 cərimə olunur (maddə 47.1);

V turun “Zirə-2” – “Sabah-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);

“Zirə-2” komandasının 45 nömrəli futbolçusu Əli Mürsəlov 2-ci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur (maddə 47.1).

Həmin kateqoriyadan