İqor Tyaqo mükafatlandırıldı

İngiltərə premyer liqasında noyabrın ən yaxşı futbolçusu seçilib.

Allsport.az xəbər verir ki, mükafata “Brentford”un hücumçusu İqor Tyaqo layiq görülüb.

Braziliyalı oyunçu ötən ay 4 oyunda 5 qol vurub.

Tyaqo səsvermədə Harvi Barns (“Nyukasl Yunayted”), Kirnan Düsberi-Holl (“Everton”), Ceremi Doku (“Mançester Siti”), Brunu Fernandeş (“Mançester Yunayted”), Morqan Qibbs-Uayt (“Nottinqem Forest”), Ris Ceyms (“Çelsi”) və Deklan Raysı (“Arsenal”) qabaqlayıb.

Həmin kateqoriyadan