- Baxış sayı: 35
- 11 Dekabr 2024 23:50
- Baxış sayı: 49
- Dekabr 11, 2024
- 0
Azərbaycan premyer liqasının XVI turunun “Sabah” – “Qarabağ” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, gənc mütəxəssis oyunun çətin keçdiyini deyib:
“Çətin oyun oldu. Nəticəni normal hesab edirəm. Lakin oyun məzmunu üzərində işləməliyik. Bu gün bəzi rotasiyalar da etmişdik. Çünki 120 dəqiqəlik kubok oyunundan sonra bu matça hazırlaşmaq bizim üçün çox çətin idi. İrəli getmək üçün hələ çox çalışmaq lazımdır”.