- Baxış sayı: 275
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

13-14 oktyabrda “Müqəddəs Trdat” vətənpərvər idman klubu “Marko Qrup” MMC və Ermənistan güləş federasiyası ilə birgə İrəvanda “Dinamo” idman sarayında müqəddəs Trdat və vətən uğrunda canından keçənlərə həsr olunmuş 4-cü beynəlxalq güləş turniri təşkil edib. Allsport.az saytının məlumatına görə, “Müqəddəs Trdat” idman klubunun rəsmi sosial hesabında yarışın elanında belə yazılıb. Tədbirdə ev sahibi ilə yanaşı, Qırğızıstan, Gürcüstan, Rusiya, Moldova və Serbiyadan olan idmançılar iştirak edib. Turnirin anonsunda bu ölkənin bayraqları ilə bərabər, qondarma “Ərsak”ın əski parçası da dürtüşdürülüb.
Dünya Güləş Birliyinin rəsmi rəmzi yer alan bu beynəlxaq yarış başdan-ayağa təxribat məqsədi daşıyıb. Çünki “vətən uğrunda canından keçənlər” qeyd edilərkən, Azərbaycanın 30 il işğal altında olduğu Qarabağ ərazisi göstərilib. 2020-ci ildə 27 sentyabrda başlayan və noyabrın 20-nədək davam edən 44-günlük 2-cu Vətən müharibəsində müzəffər Azərbaycan ordusu gerçək milliyəti bilinməyən seperatçı dəstəni darmadağın edib; 2023-cü ildə 19 sentyabrda antiterror əməliyyatında isə igid hərbçilərimiz yerdə qalan tör-töküntünü təmizləyib və Odlar yurdunun ərazisi tam bərpa olunub.
Azərbaycan güləş federasiyası (AGF) hara baxır və nə düşünür? Bunu indi söyləmək çətindir. Hazırda bu qurum əsas gücünü özünütəbliğata yönəldib və milli (həssas) məsələlər əsasən arxa plandadır. Xorvatiya paytaxtında keçirilmiş dünya çempionatında bəzi məqamlar orada özünü büruzə verdi. Adı çəkilən mötəbər yarışla bağlı ““Zaqreb arena”da Arazbarı və ya biganə AGF rəhbərliyi” təəssürat yazısı (8 oktyabr) ilə bağlı AGF-in mətbuat sözçüsü Sərxan Musalı allsport.az-a izah verərkən, yeni təyin olunan baş katib Pərvin Piriyevin 2018-ci ildən federasiyada marketinq mütəxəssisi kimi işlədiyini və o vaxtdan Dünya Güləş Birliyi ilə əlaqələr qurduğunu deyib. Demək, yeni AGF rəhbərinin də DGB ilə yaxın münasibəti var…