İrlandiyalı ulduzun qayıdış tarixi dəqiqləşdi – Rəqib Maks Holloueydir

UFC-nin irlandiyalı ulduzu Konor Makqreqorun növbəti döyüşünü amerikalı Maks Holloueyə qarşı keçirəcəyi gözlənilir.

Allsport.az xəbər verir ki, tərəflər arasında qarşıdurma 11 iyulda keçiriləcək UFC turniri çərçivəsində planlaşdırılır. Bu döyüş üçün Makqreqorun 15 milyon dollardan çox qonorar alacağı bildirilir.

Konor Makqreqor 2021-ci ilin yayında Dastin Porye ilə döyüşdə aldığı ağır zədədən sonra oktaqona çıxmayıb. Onun rəqibi Maks Hollouey isə son dövrlərdəki uğurlu çıxışı ilə diqqət mərkəzindədir.

Həmin kateqoriyadan