- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri yarışıb. Ölkəmizi Fail İsgəndərov (42 kq), Zaur Nuriyev (46 kq), Xancavad Məcidzadə (50 kq), Elvin Mustafayev (54 kq), Məhəmmədəli Həsənov (58 kq), Ramin Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Nəzərşah Fətullayev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) təmsil edib.
İlk yarış günündə güləşçilərimiz 1 bürünc medal (Xancavad Məcidzadə (50 kq)) qazanıb.
İkinci yarış günündə 42, 46, 69, 76 və 85 kq çəkidə yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.
42 kq-da mübarizə aparan Fail İsgəndərov ilk görüşdə İran güləşçisinə uduzub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılan güləşçimiz Türkiyə təmsilçisinə qalib gəlib və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Meksika idmançısına da qalib gələn Fail İsgəndərov Dünya çempionatının bürünc medalına yiyələnib.
69 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə ilk görüşdə Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Təsəlliverici görüşdə ardıcıl olaraq Qırğızıstan və Türkmənistan təmsilçilərinə qalib gələn Ülvi bürünc medal uğrunda görüşə çıxıb. Türkiyə güləşçisi üzərində gərgin keçən görüşdə qazandığı qələbə sayəsində təmsilçimiz Dünya çempionatının bürünc medalına sahib olub.
Beləliklə, ilk iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz yeniyetmələrin Dünya çempionatını 3 bürünc medalla başa vurub.
42 kq
1/8 final – Fail İsgəndərov – Poya Marz (İRİ) 0:8
Təsəlliverici görüş – Fail İsgəndərov – Mustafa Yıldırım (TUR) 8:0
Bürünc medal görüşü – Fail İsgəndərov – Nestor Delegado Ramire (MEX) 8:2
46 kq
1/8 final – Mortada Nanaa (ALG) – Zaur Nuriyev 2:1
69 kq
1/16 final – Ülvi Qənizadə – Aleksandr Komarov (RUS) 2:5
Təsəlliverici görüş – Ülvi Qənizadə – Konobay Saginbekov (KGZ) 8:0
Təsəlliverici görüş – Ülvi Qənizadə – Eduard Şaqinyan (TKM) 8:0
Bürünc medal görüşü – Ülvi Qənizadə – Kerim Yılmaz (TUR) 5:4
76 kq
1/16 final – Damian Von Euv (SUİ) – Nəzərşah Fətullayev 0:6
1/8 final – Nəzərşah Fətullayev – Stefano Alfedo (MEX) 5*:5
1/4 final – Nəzərşah Fətullayev – Samat Salpiyev (KGZ) 4:8
85 kq
1/16 final – Marko Radoviç (SRB) – Uğur Hacılı 0:8
1/8 final – Uğur Hacılı – Mixail İosifidis (GRE) 2:6