- Baxış sayı: 27
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Avarçəkmə federasiyası bir neçə dəfə Suqovuşanda “Mingəçevir reqatası” və “Prezident kuboku” beynəlxalq yarışları keçirib. Bu dəfə növbəti yeniliyə nail olacağıq: Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq”.
Allsport.az saytı xəbər verir ki, bunu AKAF-ın mətbuat katibi Vüsal Qurbanov dedi. Onun sözünə görə, işğaldan azad olunan ərazilərdə beynəlxalq tədbirlərin təşkili federasiyanın əsas hədəflərindəndir:
“Füzulidə 200 metr məsafəyə kayak və kanoe yarışı olacaq. Sonra mübarizə Mingəçevirdə davam edəcək. Burada bütün növ və məsafələrdə rəqabət olacaq. İdmançılarımız paytaxtda və Mingəçevirdə yaxşı təlim-məşq keçiblər. İldən-ilə nəticələrimiz yaxşılaşır. Ümidvaram ki, avarçəkənlərimiz bu yürüşlərdə də fərqlənəcəklər”.