- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Rumıniya paytaxtı Buxarestdə gənc güləşçilərin arasında Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə 55, 66, 84 və 120 kq çəkidə “klassiklər” mübarizə aparıblar. Millimiz 2 qızıl və 1 bürünc medal qazanıb.
Nofəl Babayev (55 kq) həlledici görüşdə Ukrayna idmançısını da məğlub edərək, Avropa çempionatında 2-ci dəfə baş mükafata sahib çıxıb. İslam Abbasov (84 kq) finalda Türkiyə təmsilçisini də üstələyərək, bu yarışın 3-cü qızıl medalına yiyələnib. 66 kq-da Sənan Süleymanov 3-cü yer tutub.