- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Rumıniya paytaxtında keçirilən Avropa çempionatında olimpiya və dünya çempionlarını məyus edən İslam Abbasov (87 kq) finalda təcrübəli ukraynalı legionçuya yenilərək gümüş medalla kifayətləndi. Allsport.az saytına o, ilk medal sevincini belə bölüşdü:
“Ani səhv oldu. Yoxsa, özümü çox yaxşı hiss edirdim. Düzdür, finala qədər dünya çempionları ilə xeyli güc sərf etmişdim. Amma hazır idim. Ani səhvimdən rəqib istifadə etdi. Jan Belenyuk çox təcrübəlidir.
Özümə inanırdım. Həmin məqamda 4 xallıq fənd olmasaydı, onu zamanla haldan salacaqdım. Az xal fərqi olanda, çatmaq asan olur. Ancaq belə durunlarda qarşı tərəf müdafiə olunub gücünü qoruyur.
Bu görüşdən öncə təcrübəli güləşçilər, o cümlədən, komanda yoldaşım Həsən Əliyev dedi ki, çalış çempion ol, gözəl fürsət var, sonra bunun həzzini çıxart, özünə unudulmaz an bağışla. Dünya çempionatında iddialı yollanacağam. Hədəfim, yalnız qızıl medaldır. Ayrı çıxış yolu yoxdur.”
Kamran HACI, Buxarest