İslam Abbasov: Finalda rusiyalı olimpiya çempionunu udmağa yaxın idim

Arazın o tayında keçirilən yunan-Roma güləşçilərin dünya kubokunun finalçısı olan millimiz bu gün paytaxta çatdı. Allsport.az saytı xəbər verir ki, Dövlət Bayrağı Meydanında komandamız böyük coşqu ilə qarşılandı. Yığmamızın 85 kq-da gənc istedadlı bahadırı İslam Abbasov çıxışını belə dəyərləndirdi:

“Dünya kubokunda güclü rəqiblər vardı. Əvvəlcə Türkiyə kimi güclü komandanı məğlub etdik. Ardından Ukrayna və Belarusu üstələdik. Finalda rəqib Rusiya olmasına baxmayaraq, onlara ciddi müqavimət göstərdik, qələbəyə iddialı idik.

Mənim görüşüm də daxil, iki görüşdə bizə qarşı aşkar haqsızlıq oldu. Yoxsa indi 2-ci yox, çempion idik. Ukrayna güləşçisi ilə mübarizədə zədələndim. Həlledici görüşdə Rio olimpiadasının qalibi ilə qarşılaşdım. Gərgin mübarizə getdi. Onu məğlub etməyə yaxın idim. Amma finalda ağrılarım artdı. Üzərimdə çalışıb, növbəti yarışlarda bunun əvəzini çıxacağam”.

Həmin kateqoriyadan