İslam Abbasov gənclərin dünya birinciliyinin qalibi olub

Fransanın Makon şəhərində gənc güləşçilər arasında dünya birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə 55, 66, 84 və 120 kq çəkilərdə “klassiklər” mübarizə aparıblar. Millimizin bu günü uğurlu olub, 1 qızıl və 1 bürünc medal qazanılıb.

İslam Abbasov (84 kq) ardıcıl olaraq Avstriya, İran və Rusiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə rəqib Türkiyə təmsilçisi Əli Cingiz olub. Gərgin keçən görüşü qələbə ilə başa vuran həmyerlimkiz dünya çempionatının qızıl medalını qazanıb.

İslambəy Dadov (66 kq) Türkmənistan, Rumıniya, Qırğızıstan təmsilsilçilərini məğlub edib. Yarımfinalda Qazaxstandan olan rəqibinə uduzan güləşçimiz, bürünc medal uğrunda görüşdə ermənistanlı pəhləvanı üstələyərək, 3-cü yer tutub.

Həmin kateqoriyadan