İslam Abbasov: Hədəfim hərbçilərin dünya çempionu olmaqdır

“Dünya çempionatına yüksək səviyyədə hazırlaşmışıq. İnanıram ki, bizə bəslənən ümidləri doğruldacağıq”. Allsport.az saytı xəbər verir ki, bunu MOİK-in üzvü, hərbçilərin 32-ci dünya yarışında yunan-Roma güləşində ölkəmizi təmsil edəcək İslam Abbasov (85 kq) deyib. AzərTAc-a müsahibəsində o, qələbəyə iddialı olduğunu söyləyib:

“Komandamız çox güclüdür. Bu dünya çempionatı əvvəlkilərdən daha gərgin idman mübarizəsi şəraitində keçəcək. Çünki bu il bu yarışın 100 illiyi tamam olur. Ona görə də çalışacağıq ki, yubiley çempionatında komanda hesabında da qalib gələk.

Gənclər arasında dünya və Avropa çempionu, İslam həmrəyliyi oyunlarının, böyüklər arasında dünya kubokunun qalibi olmuşam. Hədəfim bu yarışda da çempion olmaqdır”.

Həmin kateqoriyadan