İslam oyunlarında hansı ağırlıqqaldıranlarımız iştirak edəcək?

12-22 mayda Bakıda keçiriləcək İslam oyunlarında iştirak edəcək ağırlıqqaldırma millimizin heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, yarışa 8 qadın və 8 kişi atletimiz qatılacaq. Bu növdə mübarizə ayin 13-17-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək:

Kişilər: Alıyev Elmar (56 kq), Abışov Allahyar (62 kq), Bayramov Əfqan (77 kq), Tağızadə Ceyhun, İsmayılov Kamran (hər ikisi – 85 kq), Fətullayev Rövşən, Nəbiyev Nailxan (94 kq), Məmmədli Azər (+105 kq).

Qadınlar: Məhərrəmova Mərziyyə (48 kq), Əzimova Səbinə, Əlizadə Gülçin (53 kq), İbrahimova Firuzə (58 kq), Abbasova Elnurə (63 kq), İbrahimli Anastasiya, Hüseynzadə Fidan (69 kq), Məmmədova Xumar (+90 kq).

 

Həmin kateqoriyadan