İslam oyunlarının açılışında bayraqdarlarımız kimlər olacaq?

VI İslam həmrəyliyi oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bu gün açılışda üçrəngli bayrağımızı ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə aparacaqlar.

Adı ilk çəkilən təmsilçimiz Bolqarıstanda keçirilən Avropa çempionatında 3 qızıl, Tailandda dünya kubokunda 3 gümüş, Bəhreyndə dünya çempionatında 1 gümüş medal qazanıb.

Nilufər Ağazadə isə 2025-ci ildə Azərbaycan çempionu olub.

Həmin kateqoriyadan