İslamı qəbul etmiş İslamiadaçı: Qazandığım qızıl medal məşqçilərlə birgə zəhmətimdir
15 may 2017 / 21:21 Baxış sayı: 1544 Bakı-2017-nin ağırlıqqaldırma növündə bizdən qızıl medal qazanan Anastasiya İbrahimli (69 kq) bu idmanda durumu sabitləşdirib. Allsport.az saytı xəbər verir ki, o, İslam Həmrəyliyi İdman Federasiyalarının tarixində bu çəkidə birdən qaldırma hərəkətində 1, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekord yeniləyib.
İdmançımız yarışdan sonra qızıl medal sevincini AAAF TV ilə bölüşüb: “İslam həmrəyliyi oyunları çox yaxşı təşkil olunub. Mən ölkə prezidentinə və federasiyamızın rəhbərinə təşəkkürümü bildirirəm. Bu gün qazandığım qızıl medal mənim və məşqçimin zəhmətidir. Allaha şükürlər olsun ki, yarışda iştirak etdim və medal qazandım. Buna görə çox sevinirəm”.