İslamiadada üç paralimpiyaçı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam həmrəyliyi oyunlarında 17-21 noyabrda 3 paralimpiyaçımız mübarizə aparacaq.

Allsport.az xəbər verir ki, paraatletikanın nüvə itələmə və disk atma növlərində Samir Nəbiyev F57 kateqoriyasında gücünü sınayacaq. Parapauerliftinqdə isə Ceyhun Mahmudov ilə Zəhra Dadaşova yüngül çəki kateqoriyasında çıxış edəcəklər.

Paraatletimizi yarışa baş məşqçi Oleq Panyutin, parapaeurliftinqçilərimizi isə məşqçi Taleh Məhərrəmov çıxaracaq.

Həmin kateqoriyadan