İslamiadanı 59 medalla bitirdik

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam həmrəyliyi oyunlarının bağlanış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, PNU stadionunda baş tutan mərasimdə üçrəngli bayrağımızı yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynadan Səbinə Kərimova daşıyıblar.

Komandaların paradından sonra oyunların bayrağı növbəti ev sahibi olacaq Malayziyaya təqdim edilib. Tədbir bədii proqramla başa çatıb.

VI İslam həmrəyliyi oyunlarında Azərbaycan idmançıları 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc olmaqla, ümumilikdə 59 medal qazanıblar. Bu nəticə ilə Azərbaycan 57 ölkə arasında ümumi sıralamada əyara görə 10-cu, medal sayına görə 4-cü yeri tutub.

Həmin kateqoriyadan