İslamiadaya kimlər yollanacaq?

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək VI İslam həmrəyliyi oyunlarında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi 18 idmançı təmsil edəcək.

Sərbəst güləşdə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi ilə İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Ağanəzər Novruzov (74 kq), Arseni Cioyev (86 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) çıxış edəcklər.

Yunan-Roma güləşində baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (77 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) mübarizə aparacaqlar.

Qadınlarda baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Zəhra Kərimzadə (76 kq) döşəyə çıxacaqlar.

İslamiadada güləş yarışları noyabrın 18-dən 21-dək yalnız olimpiya çəkiləri üzrə keçiriləcək.

Həmin kateqoriyadan