Bəşir İsazadə – yeni olimpiya dərəcəli hakim! 2 referimiz millidən beynəlxalq kateqoriyaya yüksəldi!
- Baxış sayı: 173
- 19 Dekabr 2025 22:43


Yunanıstanın paytaxtı Afinada U17 dünya çempionatı davam edir.
Allsport.az xəbər verir ki, daha 2 güləşçimiz mundialda fəxri kürsüyə qalxıb.
Hüseyn İsmayılov (65 kq) finalda amerikalı Arseni Kikinyovla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələn həmyerlimiz dünya çempionu olub.
Hakim Tağıyev (110 kq) təsəlliverici görüşdə ermənistanlı Laert Movsesyana heç bir fürsət tanımayıb – 13:4. Milli üzvü həlledici qarşılaşmada bolqarıstanlı Stefan Stefanova sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək bürünc medalı boynundan asıb.
Rəvan Həsənzadə (48 kq) isə üçüncü yer uğrunda görüşdə rusiyalı İslam Rabadanova 9:11 hesabıyla məğlub olub.