- Baxış sayı: 85
- 26 Mart 2026 12:57
- Baxış sayı: 39
- Mart 27, 2026
- 0

İspaniyalı tennisçi Karlos Əlqərəz Şanxayda keçirilən “Masters”in 1/4 finalında məğlub olub.
Allsport.az xəbər verir ki, turnirin yarımfinalına vəsiqə uğrunda görüşdə dünyanın ikinci raketkası Əlqərəz ATP reytinqində 33-cü yeri tutan çexiyalı Tomas Mahaçla qarşılaşıb. Rəqiblər arasında 1 saat 55 dəqiqə davam edən qarşılaşma ispaniyalının iki setdə – 6:7 (5:7), 5:7 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Mahaç yarımfinalda dünyanın bir nömrəsi, italyalı tennisçisi Cannik Sinnerlə qarşılaşacaq.