VİDEO
“Qranada”lı həmyerlimiz barədə AFFA-da nə dedilər?

Xəbər verdiyimiz kimi, AFFA ilə İspaniyanın “Qranada” klubunda çıxış edən əslən azərbaycanlı Eddi İsrafilov arasında futbolçunun yığmamızda oynaması ilə bağlı danışıqlar aparılırdı. Alllsport.az xəbər verir ki, futbolçunun anası və meneceri Bakıda olub, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb. Görüş başa çatdıqdan sonra assosiasiyanın inzibati binasında AFFA-nın baş katibi Elxan Məmmədov, Eddi İsrafilovun anası İradə İsrafilova və yığma komandanın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb.

Həmin kateqoriyadan