- Baxış sayı: 132
- 26 Mart 2026 15:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

İsrailin bobsley komandası XXV qış olimpiya oyunları ərəfəsində qarət olunub.
Allsport.az xəbər verir ki, bu barədə komandanın pilotu Adam Edelman sosial şəbəkədə məlumat yayıb. Hadisə idmançıların Avropadakı təlim-məşq bazasında baş verib.
Naməlum şəxslər otağa daxil olaraq pasportları, idman avadanlıqlarını və təxminən 3000 dollar dəyərində əşyaları oğurlayıblar.
Hadisəyə baxmayaraq, Edelman komandanın ruhdan düşmədiyini və dərhal məşqlərə qayıtdığını bildirib.