“İstənilən halda, qitə çempionatına və Avropa olimpiya təsnifat turnirinə hazır olmalıyam”

10-14 yanvarda Xorvatiyada reytinq yarışında bürünc medal qazanan Əliabbas Rzazadənin açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, əsas hədəfin qitə çempionatı və Avropa olimpiya təsnifat turniri olduğunu deyib:

“Zaqrebdə özümü 61 kq-da sınadım. Düşünmürəm ki, mənim üçün çətin oldu. Qızıl medal qazana bilərdim. Ancaq bir səhvə görə yarışın qalibi ola bilmədim. Bürünc medalla kifayətləndim.

Qarşıda bizi Avropa çempionatı gözləyir. Qitə birinciliyində iştirak etsəm, 57 kq-da güləşəcəyəm. Hələ ki, heyət açıqlanmayıb. Son qərarı məşqçilər verəcək. Mənim vəzifəm daim məşq etməklə formada qalmaqdır.

Məşqçilər necə məsləhət bilsə, elə də olacaq. İstənilən halda, qitə çempionatına və Avropa olimpiya təsnifat turnirinə hazır olmalıyam”.

Həmin kateqoriyadan