- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 3:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Biz mətbuat konfransını bir yerdə keçirməyi əvvəlcədən planlaşdırmışdıq. İstəyirdik ki, Aqil Məmmədovla Elbrus Məmmədovun qardaşlığını bütün Azərbaycan görsün. Oyuna gəldikdə, son vaxtlar edilən dəyişikliklər bəhrəsini verdi. Meydanda əzmkar komanda gördüm. Düzdür, ilk dəqiqələrdə bir qədər inamsız çıxış etdik. Amma sonradan hər şey yaxşıya doğru dəyişdi. Qələbəyə görə sevincliyəm”.