İstedadlı güləşçimiz dünya birinciliyində 2-ci yerlə kifayətlənib

Bolqarıstanın Samokov şəhərində bahadırların U-20 dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 5-ci günündə növbəti medal qazanılıb. Bu dəfə digər istedadlı güləşçi – Ruzanna Məmmədova (62 kq) bizi sevindirib.

Ötən ay İtaliyada keçirilmiş bu yaş qrupunda Avropa birinciliyində qızıl medala yetişən 19 yaşlı idmançı bu planetin ən güclülərinin mücadiləsində finaladək irəliləyib.

Həlledici tutaşmada çinli Yanqjen Yanqjen ilə ilk hissəni hücum üslubunda keçirib və fasiləyə 6:0 üstün yollanıb. 2-ci yarıda rəqib geridönüş edərək, hesabı bərabərləşdirib, yekunda sonuncu xala görə həmyerlimiz məğlub elan edilib.

Ondan öncə Günay Qurbanova (59 kq) bürünc medal qazanmışdı. Komandalarımız arasında hələlik ən yaxşı göstərici qadınlardadır.

Həmin kateqoriyadan