- Baxış sayı: 408
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Oktyabrın 13-də Azərbaycan idman akademiyasının akt zalında milli olimpiya komitəsinin həyata keçirdiyi “Təhlükəsiz idman – hamı üçün” mövzusunda kursların iştirakçılarına sertifikatların təqdimetmə mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə MOK-un baş katibi Azər Əliyev, vitse-prezidenti Fərid Mansurov, akademiyanın rektoru Fuad Hacıyev, MOK-un idman şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev, akademiyanın müəllim heyəti və kurslarda fəallığı ilə seçilən tələbələr iştirak ediblər.
Fuad Hacıyev təlim proqramının tələbələr üçün əhəmiyyətindən danışıb. Rektor təlimlərdə akademiyanın 45 nəfər tələbəsinin iştirak etdiyini qeyd edərək, bu kursları uğurla başa vuran gəncləri təbrik edib.
Təhlükəsiz idman üzrə beynəlxalq olimpiya komitəsinin sertifikatlaşdırılmış mütəxəssisi Vaqif Əliyev Azərbaycanda “Təhlükəsiz idman – hamı üçün” layihəsinin 2023-cü ildən fəaliyyət göstərdiyini qeyd edib. Bu illər ərzində idman ictimaiyyətində mədəni dəyişiklik, məsuliyyətli davranış və etik dəyərlərin təbliğinə böyük töhfə verilib. Vaqif Əliyev qeyd edib ki, Azərbaycanda “Təhlükəsiz idman – hamı üçün” layihəsi Milli Olimpiya Komitəsinin beynəlxalq proqramlar idarəsinin rəhbəri, mərhum Mehman Kərimovun təşəbbüsü ilə reallaşıb.
Çıxışlardan sonra kursu uğurla tamamlayan tələbələr rəsmi şəkildə sertifikatlarla təltif olunublar.
Proqramın məqsədi olimpizmin əsas dəyərləri – “hörmət”, “dostluq” və “mükəmməllik” haqqında məlumatların verilməsi və bu dəyərlərin gündəlik həyata inteqrasiya edilməsidir.