- Baxış sayı: 268
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

İsveçrənin Azərbaycandakı səfirliyinin dəvəti ilə bu ölkədən Bakıya gələn güləşçilərlə Azərbaycan güləş federasiyasında (AGF) görüş keçirilib.
Allsport.az xəbər verir ki, İsveçrənin ənənəvi “Schwingen” güləş növü ilə məşğul olan Qiyan Odermatt, Kərim Leuppi, Andrin Poltera və Daniel Böş güləşçilərimizlə birlikdə məşq ediblər və təcrübə mübadiləsi aparıblar.
İsveçrənin ölkəmizdəki səfiri Tomas Ştəli və AGF-nin baş katibi Pərvin Piriyevin də izlədiyi məşq prosesi “Schwingen” ilə Azərbaycanın güləş irsini birləşdirib. Bildirilib ki, görüş hər iki ölkənin idmançılarının texnika, ənənə və dəyərlərini bölüşməsi, beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi və güləşin universal dili vasitəsilə qarşılıqlı anlaşmanın təşviq edilməsi üçün unikal fürsət olub.
“Schwingen” yonqar (taxta kəpəyi) üzərində keçirilən xalq güləşi növüdür və İsveçrənin ən məşhur və rəmzi milli idman növlərindən biri hesab edilir. Hər üç ildən bir keçirilən İsveçrənin federal güləş və Alp festivalı 400 000-dən çox tamaşaçını bir araya gətirir və ölkənin mədəniyyətini, icma ruhunu və milli qürurunu özündə əks etdirir.
Güləşçilər “İsveçrə Günləri 2025” tədbirində iştirak etmək üçün Bakıya gəliblər. Tədbir oktyabrın 11–12-də Bakı bulvarında keçiriləcək. Bu tədbirdə iki ölkənin güləşçiləri arasında maraqlı çıxışlar baş tutacaq, hər iki ölkənin zəngin güləş ənənələri nümayiş etdiriləcək.