- Baxış sayı: 26
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

“Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər yayda klubunu dəyişə bilər.
Allsport.az xəbər verir ki, türkiyəli futbolçunu “Milan” və “İnter” klubları məcburi satınalma şərti ilə icarəyə götürmək istəyir.
20 yaşlı Arda “A” seriyasında oynamağa müsbət yanaşır.
Gülər cari mövsüm ərzində 30 oyunda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.