- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Daniele Ruqaninin sevgilisi Mikaela Periskoda COVID-19 pandemiyasına yoluxmalarından danışıb. Allsport.az xəbər verir ki, televiziyada çalışan xanım reportyor hələ də sağalmadıqlarını deyib:
“Koronavirusu yüngül keçirənlər üçün təyin edilən 20 gün müddətini keçdik, amma son yenə də müsbət çıxdı. Xəstəxanada gənc olduğum üçün təhlükənin az olduğunu dedilər. Buna görə özümə təsəlli verirəm. Ancaq Ruqani ilə görüşə bilmirik.
O, “Yuventus”un otelində qalır. Yalnız görüntülü zənglə kifayətlənirik. 4 aylıq hamiləyəm, buna görə mütəmadi həkimə getməliyəm. Uşağıma nəsə olmağını istəmirəm, çox narahatam”.
Ruqani “Yuventus”da koronavirus yoluxan ilk futbolçu olub.