İWF prezidenti: Azərbaycan ilə paytaxt Bakı çox dəyişib və inkişaf edir

İslam həmrəylik oyunları çərçivəsində Şüvəlan qəsəbəsində Ağır Atletika Akademiyasında yarış davam edir. Allsport.az saytı xəbər verir ki, Bakı-2017-nin gedişini izləmək üçün Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan paytaxtımıza gəlib. İWF rəhbəri AAAF TV-ə qısa müsahibəsində bunu deyib:
“İlk öncə dəvətə görə təşəkkürümü bildirirəm. Mən ilk dəfə deyil ki Azərbaycandayam. Burada çoxlu dostlarım var. Beynəlxalq Ağır Atletika Federasiyası İslam oyunlarında iştirak edən ölkələrin idmançılarına uğurlar arzu edir.
Onu da bildirim ki, Azərbaycan Ağır Atletika Federasiyası çox fəal federasiyadır. Bu yarışlardakı təşkilatçılıq çox yüksək səviyyədədir. Mən görülən işlərdən çox məmnunam. Yarış zalı və Ağır Atletika Akademiyası çox möhtəşəmdir. Azərbaycan və paytaxt Bakı da çox dəyişib və inkişaf edir”.

Həmin kateqoriyadan