- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Allsprot.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir. Türkan Nəsirova (53 kq) təsnifat mərhələsində Mariya Spirkovskaya (Şimali Makedoniya) tam üstünlüklə qalib gəlib – 10:0. Həmyerlimiz 1/4 finalda ispaniyalı Marina Floresdən də güclü olub – 12:5. Nəsirova yarımfinalda isveçli Avropa çempionu Emma Malmqrenə “tuş”la uduzub. Türkan bürünc medal uğrunda türkiyəli Zeynep Yetgillə güləşib və rəqibinə məğlub (0:10) olaraq 5-ci yerlə kifayətlənib.
Mübarizəyə 1/4 finaldan qoşulan Jalə Əliyeva (57 kq) almaniyalı Elena Brüggerə 6:3 hesabıyla qalib gəlib. Əliyeva yarımfinalda polşalı Yovita Vrjeşeni də 2:0 hesabıyla üstələyərək debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Jalə həlledici görüşdə ukraynalı Alina Akobya ilə qarşılaşıb və rəqibinə “tuş”la məğlub olaraq qitə birinciliyini gümüş medalla başa vurub.
Birgül Soltanova (62 kq) təsnifat mərhələsində estoniyalı Viktoriya Vessoya “tuş”la məğlub olub.
Elis Manolova (65 kq) mübarizəyə 1/4 finaldan qoşulub və rumıniyalı İrina Rinqaciyə “tuş”la uduzub. Rəqib finala yüksəldiyi üçün Elis təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Manolova fransalı Kendra Daşerə məğub olub – 3:4.
Nigar Mirzəzadə (72 kq) təsnifat mərhələsində ukraynalı Lyudmila Tiçinaya müqavimət göstərə bilməyib – 0:10.