- Baxış sayı: 39
- 16 Aprel 2025 22:08
- Baxış sayı: 94
- Aprel 14, 2025
- 0
Allsport.az xəbər verir ki, bu gün Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə Reytinq seriyasının 3-cü mərhələsində 2 qadın güləşçimiz mübarizə aparıb.
57kq
Jalə Əliyeva 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün Jalə axşam seansında türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb.
Rəqibinə 8:4 hesabıyla qalib gələn Jalə üçüncü yeri tutub.
63 kq
Elis Manolova ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya “tuş”la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşə 1:2 hesabıyla məğlub olub.
Rəqib finala yüksələ bilmədiyi üçün Elis mübarizəni dayandırıb.