- Baxış sayı: 31
- 15 Mart 2026 18:49
- Baxış sayı: 294
- Mart 16, 2026
- 0
Fevralın 25-27-də Ukraynanın Çerniqov şəhərində ölkə kuboku yarışları keçirilib. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, turnirdə 200-ə yaxın ağırlıqqaldıran iştirak edib.
Ölkənin bütün nöqtələrindən rəqabətə qatılan idmançıların medal mübarizəsi çox maraqlı alınıb. Bu kubokda “Jidaçiv-Zirvə” İdman Klubunun nümayəndələri də körpücük üzərinə çıxıblar.
Mübarizəyə Ukrayna filialımızın 6 atleti qatılıb. Onlardan ikisi fəxri kürsüyə çıxmağı bacarıb. Boqdan Tokar qızıl, Artur Qordişinski gümüş medal qazanıb.