- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ukraynanın Jidaçiv şəhərində “Zirvə” Beynəlxalq İdman Klubunun 1-ci mərhələ yarışı keçirilib. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, bütün yaş qrupları üzrə 80-ə yaxın ağırlıqqaldıranın körpücük üzərinə qalxdığı yarış maraqlı mübarizə şəraitində keçib.
Azyaşlı iştirakçıların hamısına medal, kubok və fəxri diplomlar təqdim edilib. Qalib və mükafatçılara isə Zirvə BİK-nın xüsusi medal və diplomları verilib. Turniri Jidaçiv şəhərinin meri Volodimir Levko və digər dövlət rəsmiləri də tamaşaçı qismində izləyib.
1-ci mərhələ yarışı 1 yerli, 2 rayon qəzetləri, həmçinin bir neçə sayt işıqlandırıb. Qeyd olunub ki, çempionat yüksək səviyyədə təşkil olunub və Ukraynada ağır atletikanın inkişafına öz müsbət töhfəsini verir.