Kənan çempion oldu, Hetaq 2-ci

Serbiyanın Novı Sad şəhərində U-23 dünya çempionatı sona yaxınlaşır. Allsport.az saytı xəbər verir ki, bu gün sərbəst güləş üzrə millinin 2 üzvü həlledici görüşə çıxıb.

Kənan Heybətov (70 kq) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabıyla qalib gələn Kənan ilk dəfə U23 dünya çempionu olub.

Hetaq Karsanov (125 kq) da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Əbülfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb.

Həmin kateqoriyadan