- Baxış sayı: 27
- 26 Mart 2026 21:55
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Qarşıdakı mövsümə hazırlığını davam etdirən “Kəpəz” Şəmkirdə təlim-məşq toplanışına başlayıb.
Allsport.az saytı xəbər verir ki, komanda gündə 2 dəfə yerli olimpiya idman kompleksinin stadionunda məşq edir. “Sarı-göylər” saat 09:30 və 17:00-da çalışmalara çıxır. Heyətdə 20 futbolçu yer alıb. Toplanış 10 gün davam edəcək.
Hazırlıq dövründə “Kəpəz”in yoxlama oyunları keçirməsi də planlara daxildir. İlk belə rəqib 1-ci divizion təmsilçisi “Turan Tovuz” olacaq. Bu gün Tovuzda keçiriləcək matç saat 17:00-da başlayacaq.