- Baxış sayı: 34
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Kəpəz”in Müşahidə Şurası ilə klub rəhbərliyinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda bir sıra məsələlərlə yanaşı, komandanın Premyer Liqanın “Neftçi”yə qarşı ilk oyununda azarkeşlərin davranışı da müzakirə edilib. Səfər matçında fanatların dəstəyi yüksək qiymətləndirilib və onlara təşəkkür elan olunub.
İclasda həmçinin, klub rəhbərliyi tərəfindən əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq “Xəmsə” fanklubunun üzvlərinin pirotexniki vasitədən istifadə etməsi pislənilib. Bu hala görə AFFA İntizam Komitəsi tərəfindən klubun 1000 manat məbləğində cərimələnməsi qeyd olunub. Klubun cərimələnməsinə səbəb olan addıma görə “Xəmsə” fanklubuna xəbərdarlıq edilir və belə məsələlərə həssas yanaşmaları xahiş olunur.