- Baxış sayı: 65
- 22 Mart 2026 15:42
- Baxış sayı: 190
- Mart 25, 2026
- 0

“Kəpəz” təlim-məşq toplanışı ilə yanaşı, transfer çalışmalarını da sürdürür. Allsport.az xəbər verir ki, Gəncə klubu “Sumqayıt”dan Budaq Nəsirovu bir illik icarəyə götürüb.
19 yaşlı yarımmüdafiəçi “sarı-göylər”in heyətinə qatdığı 17-ci, icarəyə götürdüyü 3-cü futbolçu olub. Nəsirovdan öncə “Qarabağ”dan Şəhriyar Əliyev ilə Tərlan Quliyev heyətə cəlb olunub.