- Baxış sayı: 27
- 15 Aprel 2025 23:33
- Baxış sayı: 77
- Aprel 14, 2025
- 0
“Kəpəz”in keçmiş futbolçusu Serjinyo Karneyro Portuqaliya mətbuatına müsahibə verib. Allsport.az “maisfutebol” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı portuqaliyalı yarımmüdafiəçi Gəncə klubunda aylıq 6 min avro maaş aldığını deyib:
“Bir il “Trofense”də maaş almadan oynadım. Orda oynamağın çətin olduğunu artıq qəbul etmişdim. “Portu” və “Setubal”ın sabiq futbolçusu Joao Kostanın məsləhəti ilə Azərbaycana getdim. Əslində bu ölkəyə 2013-cü ildə gedə bilərdim, lakin 2016-da yollandım.
Əvvəl qazana biləcəyim pulun yarısına razılaşdım. “Kəpəz”də aylıq maaşım 6 min avro idi. Amma “Trofense”də bir qəpik qazanmadım. Avropa liqasına vəsiqə qazanmadığımız üçün rəhbərlik hamını qovdu”.
Serjinyo 2016/17 mövsümündə “Kəpəz”in formasını geyinib. O, hazırda klubsuzdur.