- Baxış sayı: 27
- 09 Fevral 2026 15:26
- Baxış sayı: 167
- Fevral 08, 2026
- 0

Zəfər ilə başa çatan 2-ci Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti Orxan Cəfərzadə “Kəpəz” klubunun qonağı olub. Allsport.az xəbər verir ki, “sarı-göylər”in icraçı direktoru İlqar Nadiri ilə görüşən Orxan Cəfərzadə Azərbaycan əsgərinin gücündən danışaraq, 44 günlük savaş dövründə yadda qalan xatirələri dilə gətirib.
İlqar Nadiri Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbənin xalqımızın haqq mübarizəsinin nəticəsi olduğunu vurğulayıb.
İdman jurnalisti xoş münasibətə görə klubun kollektivinə minnətdarlıq edib, komandaya uğurlar arzulayıb. “Kəpəz”i gələn mövsüm premyer liqada görmək istədiyini bildirib.
“Kəpəz” televiziyasının əməkdaşı olan Orxan Cəfərzadə Cəbrayıl və Qubadlının işğaldan azad olunması əməliyyatlarında iştirak edib.