- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, 1-ci divizionun 7-ci turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Zaqatala” – “Keşlə-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnib.
“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununun 81-ci dəqiqəsində “ağ-qaralar”ın futbolçusu Famil Camalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 320 manat ziyana düşüb.
“Kəpəz” – “Turan Tovuz” oyununda Gəncə klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə hakimi təhqir etdiyi üçün 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.