- Baxış sayı: 47
- 21 Aprel 2025 12:32
- Baxış sayı: 43
- Aprel 24, 2025
- 0
Bu gün Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı qapıçı Kamran Ağayevin komandası – “Kayserispor” da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası öz meydanında Super Liqa təmsilçisi “Beşikdaş”la qarşılaşıb. Matç Kayseri klubunun minimal hesablı qələbəsiylə başa çatıb.
Qolkiperimiz bu matçda yeni komandasında debüt edib. Belə ki, o, qarşılaşmanın start heyətində yer alıb. Sonadək oynayan futbolçumuz komandasının 1/4 final mərhələsinə çıxmasına yardımçı olub. Millimizin üzvü 90+1-ci dəqiqədə vaxtı uzatdığına görə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.