- Baxış sayı: 44
- 20 Yanvar 2026 12:55
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

“Los-Anceles Kings”in kapitanı Anje Kopitar cari mövsümün sonunda karyerasını bitirəcək.
Allsport.az xəbər verir ki, bu barədə sloveniyalı xokkeyçi özü açıqlama yayıb.
“Təbii ki, çətin qərar idi. Ailəmin yanında daha çox vaxt keçirmək istəyirəm”, – deyə 38 yaşlı oyunçu bildirib.
Kopitar 2012 və 2014-cü illərdə Stenli kubokunu qazanıb.