Kapoeyrə üzrə ölkə kuboku

Azərbaycan kapoeyra federasiyası və gənclər və idman nazirliyinin təşkilatçılığı ilə Bakının 2026-cı il “Dünyanın idman paytaxtı” seçilməsi münasibətilə ölkə kuboku keçirilib.

Allsport.az xəbər verir ki, Balaxanı idman mərkəzində baş tutan yarışda ölkənin müxtəlif bölgələrindən klublar iştirak edib.

Yekun nəticələrə əsasən, “Wolf” kapoeyra akademiyası ən çox medal qazanan klub olaraq ölkə kubokunun qalibi olub.

“Nirvana Kapoeyra” və “Pernada Kapoeyra” klubları isə müvafiq olaraq 2-ci və 3-cü yerlərə layiq görülüblər.

Həmin kateqoriyadan