Karpat çimərliyində 3 güləşçimiz

Sabah Rumıniyanın Timişoara şəhərində çimərlik güləşi üzrə dünya sıralamasının növbəti mərhələsinə start veriləcək.

Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək yarışda 3 idmançımız mübarizə aparacaq. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Babazadə (70 kq), Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) ölkəmizi təmsil edəcək.

Görüşlər hər gün Bakı vaxtı ilə 11:00-da başlayacaq. Sabah qrup mərhələsinin qarşılaşmaları keçiriləcək. Medallar uğrunda həlledici görüşlər isə iyulun 21-də baş tutacaq.

Həmin kateqoriyadan