- Baxış sayı: 39
- 14 Mart 2025 23:40
- Baxış sayı: 45
- Mart 14, 2025
- 0
Valeri Karpin 2025-ci ilin fevralında “Rostov”un baş məşqçisi postundan ayrılaraq Rusiya millisindəki işinə tam diqqət ayırmağa qərar verib.
Allsport.az xəbər verir ki, mütəxəssisin həyat yoldaşı Darya Karpina müsahibəsində bu qərarın çətin olduğunu, lakin uzun müddət yığılan yorğunluq və milliyə tam fokuslanmaq istəyinə görə vacib addım sayıldığını bildirib.
Karpinlər ailəsi Estoniyaya qayıtmağı planlaşdırır. Onların orada qohumları və dostları yaşayır, uşaqları isə məktəbə hazırlaşacaq. Darya vurğulayıb ki, köçmək qərarı çoxdan verilib və indi onu reallaşdırmağın vaxtıdır.
Bundan əlavə, Darya Rusiya millisinin beynəlxalq yarışlardan uzaqlaşdırılmasına baxmayaraq, komandada hazırlığın yüksək səviyyədə davam etdiyini və hər oyuna ciddi şəkildə hazırlaşdıqlarını qeyd edib.