Kaxaber Sxadadze: “Xal itirmək olmazdı”

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bu gün qələbə qazanmaq çox vacib idi. Görürsünüz ki, “Qəbələ” necə oyun sərgiləyir. Bütün bunları nəzərə alsaq, xal itirmək olmazdı. Oyunu çox ağıllı qurmuşduq. AZAL-ın 3 sürətli oyunçusu var ki, onlar əks hücuma əla çıxırlar. Biz də 3 mərkəz müdafiəçisi ilə oynayıb, AZAL tərəfdən gələ biləcək təhlükəni qarşılamış olduq. Daha sonra topu özümüzdə çox saxladıq və lazım olan vəziyyətlərdə qol vura bildik”.

Həmin kateqoriyadan